• $
  • €
  • ₽
  • ₺
  • £

2021-ci ildə “ABAD”ın gəliri nə qədər olub? - RƏSMİ

2021-ci ildə “ABAD”ın gəliri nə qədər olub? - RƏSMİ
07.02.2022 14:25
2021-ci ildə "ABAD” publik hüquqi şəxsin tərkibində fəaliyyət göstərən təsərrüfat subyektlərinin orta aylıq gəliri 624.46 AZN təşkil edib. Son 5 ildə isə "ABAD” üzvü olanların ümumi gəliri 4.9 milyon manata çatıb, bu barədə Anews.az-ın gmail sorğusuna cavab olaraq "ABAD” publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.
 
"2021-ci ildə "ABAD” üzvü olan subyektlər  1,6 milyon manatdan çox məhsul satıb . Bunun 64%-i qida, 32%-i  sənətkarlıq, 4%-i isə antiseptiklərin satışının payına düşür.
 
2021-ci ildə  "ABAD”çıların sayı 31 ədəd artaraq 504-ə çatıb. 31 yeni "ABAD”çıdan 19-u dekorativ-tətbiqi xalq sənətkarlığı, 8-i qida məhsullarının istehsalı,, dördü isə digər sahələr üzrə dəstək alır. 2020-2021-ci ildə ölkədə qəbul edilmiş xüsusi karantin rejiminin tətbiqini nəzərə alsaq, bu rəqəm qənaətbəxş hesab olunur. 504 "ABAD”çıdan isə 394-ü dekorativ-tətbiqi xalq sənətkarlığı, 97-si qida məhsulların istehsalı, 13-ü isə digər sahələr üzrə dəstək alan "ABAD”çılardır.
 
"İl ərzində 700-ə yaxın müraciət qəbul edilib. Ötən illərlə müqayisədə müvafiq zamanda qəbul edilən müraciətlər daha çox qida məhsullarının istehsalı ilə bağlı olan ideyalardır.", - deyə sorğuya cavabda bildirilib. 
 
Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD” (Ailə Biznesinə Asan Dəstək)  publik hüquqi şəxs yaradılıb.

"ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. 
  
18 yaşına çatmış və Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olan şəxs "ABAD”ın dəstək verdiyi müvafiq istiqamətlər üzrəbu quruma  müraciət edə bilər. Hazırda dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı prioritet sahələr sayılır.
 
Ləman Qasımova
 

www.anews.az
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol