• $
  • €
  • ₽
  • ₺
  • £

“ABAD” məhsulları Yaponiyada təqdim olunacaq

“ABAD” məhsulları Yaponiyada təqdim olunacaq
07.02.2022 14:26
2022-ci ildə Yaponiyada açılışı gözlənilən Azərbaycan məhsullarından ibarət mağazada "ABAD” məhsulları təqdim olunacaq, bu  Anews.az-ın gmail sorğusuna cavab olaraq "ABAD” publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.
 
Cari ilin 22 iyun – 24 iyun tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutacaq "II Beynəlxalq qida sərgisi”ndə "ABAD” məhsulları da sərgilənəcək.

Bu barədə ötən ilin dekabrında "ABAD” publik hüquqi şəxsin Yaponiyanın "TET International Development” şirkəti ilə sayca 5-ci görüşündə qərar verilb

İndiyə kimi iki qurumun əməkdaşlığı çərçivəsində "ABAD”çıların məhsulları: ədviyyatlar, meyvə araqları və çiçək tozu Yaponiyaya ixrac olunub.
 
Hazırda "ABAD” publik hüquqi şəxsin Azərbaycanda 10 etno-butiki fəaliyyət göstərir. Onlardan altısı Bakıda, digərləri Şamaxı, Qəbələ, Masallı və Şəki rayonlarında fəaliyyətdədir.
 
"Həmçinin. 2021-ci ildə məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkələrinin birində "ABAD” guşəsi açılıb. 2022-ci ildə isə daha iki "ABAD” etno-butikinin açılışı nəzərdə tutulub Cari ildə paytaxtda və Sumqayıtda  iri marketlərində dörd "ABAD” Bakaleyası və 24 "ABAD” stendi fəaliyyət göstərir. Onlardan 11-inin açılışı 2021-ci ilin üzərinə düşüb. "ABAD” məhsullarını xaricdə Azərbaycan Ticarət Evlərində, Qazaxıstanda fəaliyyət göstərən bəzi marketlər şəbəkəsində əldə etmək mümkündür.  "ABAD” qida məhsullarının istehlakçısının böyük əksəriyyəti, demək olar ki, yerli əhalidir. Suvenirlərin isə alıcısı daha çox xarici qonaqlardı: MDB, ərəb ölkələri, Avropa və s. ölkələrdən gələn qonaqlar”, - deyə mətbuat xidmətindən bildirilib.
 
Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD” (Ailə Biznesinə Asan Dəstək)  publik hüquqi şəxs yaradılıb.

"ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir.
  
18 yaşına çatmış və Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olan şəxs "ABAD”ın dəstək verdiyi müvafiq istiqamətlər üzrə müraciət edə bilər. Hazırda bu prioritet olaraq dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahələridir.

 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol