AAYDA-da kadr dəyişiklikləri olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus iki şirkətin rəhbərliyi dəyişdirilib.
"Report"un əldə etdiyi məlumata görə, "Bakı 1 №-li Yol İstismarı” MMC-yə Zaur Həmzəyev, "1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə isə Etibar Kərimov yeni direktor təyin edilib.
Onlar bu vəzifələrdə müvafiq olaraq Şahin Süleymanovu və Zaur Həsənovu əvəzləyiblər.
www.anews.az
























