Bakı-Sumqayıt sürət qatarında oğurluq olub

Bakı-Sumqayıt sürət qatarından oğurluq olub, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN NBPİ-nin Biləcəri Xətt Polis Şöbəsinə yanvarın 28-də Bakı-Sumqayıt sürət qatarında Abşeron rayon sakini M.Mirəhmədova məxsus içərisində noutbuk, mobil telefon, elektrik qidalandırıcısı və 3 ədəd telefon nömrəsi olan çantanın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ş.Dənziyev müəyyən edilərək saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























