• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlilabadda qəza - Ölənlər artıb - YENİLƏNDİ

Cəlilabadda qəza -  Ölənlər artıb - YENİLƏNDİ
05.02.2022 15:35
Cəlilabadda dəhşətli qəzada ölənlərin sayı 3-ə çatıb. 

Hadisə köhnə Ələt-Astara avtomobil yolunun 148 km-də, Cəlilabadın Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində olan "BMW" markalı minik avtomobili qarşı istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Daha sonra zərbənin təsirindən "VAZ 2107" markalı minik avtomobili əks istiqamətdən gələn "Atika" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində 3 nəfər, Cəlilabad rayonunun Maşlıq kənd sakinləri - Tural Adıgözəlov İntiqam oğlu, Mürsəl Quliyev Alim oğlu və Qorxmaz İsmayılzadə Rahim oğlu hadisə yerində ölüb. Həmçinin  həmin kənd sakinləri - 25 yaşlı Kamran Vəlizadə İbadulla oğlu, 64 yaşlı Hacıbala Şahbazov Balabəy oğlu, 28 yaşlı Cahid Eyvazov Təbiət oğlu və Cəlilabad şəhər sakini, 40 yaşlı İsmayılov Balasər Həsən oğlu isə xəstəxanaya yerləşdirilib. Ölən şəxslərin "VAZ 2107" də olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

*****
Cəlilabadda yol qəzası baş verib.

Hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Vaz 2107 markalı minik avtomobili ilə BMW markalı minik avtomobili toqquşub. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol