Lənkəranda ev yanıb

Lənkəranda iki mərtəbəli ev yanıb.
Hadisə rayonun Girdəni kəndində baş verib.
Kənd sakini 59 yaşlı Fikrət Əzizəli oğlu Hadıyevə məxsus yaşayış evi yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub, yanğın söndürülüb. Ümumi sahəsi 140 kvadratmetr olan iki mərtəbəli evin dam örtüyü və ikinci mərtəbənin bir hissəsi yanıb. Qalan hissələr yanğından mühafizə olunub.
İlkin məlumata görə, ev sahibi həbsdə olduğundan mənzil kirayəyə verilib. Yanğın zamanı evdə kimsə olmayıb. Yanğının qısa qapanmadan baş verdiyi ehtimalı var. Yanğının əsas səbəbi ekspertizadan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib