• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən böyük təyyarəsi Danimarkaya uçdu

Dünyanın ən böyük təyyarəsi Danimarkaya uçdu
06.02.2022 16:39
Ukraynanın nəhəng An-225 "Mriya” təyyarəsi Danimarkaya üçüncü uçuşunu həyata keçirib.
 
Anews az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Avropa ölkəsində ciddi maraq doğurub.
 
Bu barədə yerli "Kristeligt Dagblad” qəzeti məlumat yayıb.
 
An-225 "Mriya" dünyanın ən böyük yük təyyarəsidir. Onun Danimarkanın Billund şəhərindəki hava limanında enişini minlərlə tamaşaçı izləyib. Onların çoxu başqa ölkələrdən - Almaniya, Finlandiya, Böyük Britaniya və Norveçdən gəlib.
 
Təyyarə, COVID-19 epidemiyasının yeni dalğasının ortasında Çindən Danimarkaya çox vacib bir yük çatdırıb. Söhbət 2,5 milyon koronavirus test dəstindən gedir. Danimarka hakimiyyəti xəstəliyin erkən aşkarlanması və yayılmasının qarşısının alınması üçün onları müxtəlif şəhərlərə paylamaq niyyətindədir. An-225 fevralın 4-ü cümə günü axşam Danimarkaya eniş edib. Bir gün keçməmiş Qostomeldəki "Antonov" aerodromuna enərək Ukraynaya qayıdıb.
 
Bildirilirdi ki, təyyarənin göyərtəsində Ukrayna ordusu üçün Danimarka silahları ola bilər. Lakin bu məlumat təsdiqini tapmayıb.
 
An-225 "Mriya" (NATO kod adı "Cossack") dünyanın ən böyük nəqliyyat təyyarəsidir. O, Ginnesin Rekordlar Kitabına daxil edilib. İndiyə qədər cəmi bir ədəd belə təyyarə istehsal edilib. Təyyarənin uzunluğu 84 m, qanadlarının açıqlığı isə 88 m-dən çoxdur. An-225-in maksimal sürəti 850 km/saat, yük tutumu isə 250 ton təşkil edir

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol