• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıyevin mənimsədiyi iddia olunan pulların bir qisminin miqdarı bəlli olub

Hacıyevin mənimsədiyi iddia olunan pulların bir qisminin miqdarı bəlli olub
07.02.2022 13:04
Həbsdə olan İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin İcra Hakimiyyətinin hüquqşünası və rayonun baş memarı vasitəsilə mənimsədiyi pulların miqdarı bəlli olub.

İH-in vəzifəli şəxslərinin ibtidai istintaqa verdiyi ifadələr məhkəmədə elan olunub. Onlar əsasən sabiq başçının göstərişi ilə rayon ərazisində tikinti aparmaq, ev növbəsində qabağa düşmək, torpağın təyinatını dəyişmək, böyük torpaq sahələrini icarəyə götürmək istəyən şəxslərdən başçının təyin etdiyi miqdarda pullar aldıqlarını etiraf ediblər.

Qurumun Hüquq şöbəsinin müdiri Rahib Zahidov Hacıyevin təkidi ilə 22 epizod üzrə müxtəlif vətəndaşlardan ümimlikdə 340 min manat rüşvət aldığını deyib.

Rayonun baş memarı Nazim Rəsulov isə sabiq başçının göstərişi ilə sahibkarlar və digər şəxslərdən 17 epizod üzrə ümumilikdə 36 min manata yaxın manat pul aldığını deyib. Bundan başqa baş memar bildirib ki, İH-in yeni inzibati binasının tikintisi üçün ayrılmış 4 milyon manat pul da təyinatı üzrə istifadə olunmayıb.

Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən İmişli İcra Hakimiyyətini binasında keçirilən əməliyyatla həbs edilib. (kriminalqafqaz)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol