• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlil Zabidov şərti azadlığa buraxıldı

Cəlil Zabidov şərti azadlığa buraxıldı
07.02.2022 18:21
Demokratiya 1918 hərəkatının həbs edilən üzvü Cəlil Zabidov keçirdiyi aclıq aksiyasının 7-ci günündə şərti azadlığa buraxılıb, bunu hərəkatın sədri Əhməd Məmmədli özünün feysbuk hesabında bildirib. 
 
"Üzvümüz COVID-19 testinin cavabı pozitiv olması səbəbindən məhkəmənin qərarı ilə 15 gün müddətində şərti azadlığa buraxılıb", - deyə Məmmədli yazıb. 
 
25 sutka həbs cəzası verilən, D18 Hərəkatının Yardımlıda yaşayan üzvü Cəlil Zabidov 2022-ci il fevralın 1-dən aclıq aksiyası keçirirdi. 

D18 hərəkatının məlumatına görə, Yardımlı Rayon Məhkəməsinin qərarı ilə Cəlil Zabidov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polisin qanuni tələblərinə tabe olmama) 25 sutka azadlıqdan məhrum edilib.

Cəlil Zabidov yanvarın 31-də günorta saatlarında rayondakı kafelərin birində əyləşdiyi zaman özünü rəis müavini kimi təqdim edən Vüqar Bəhmənov tərəfindən saxlanılıb.

O, əvvəlcə yerli polis şöbəsinə aparılıb, bir neçə saat sonra isə məhkəmə qarşısına çıxarılıb.

"Cəlil Zabidov vəkil tələb etdiyindən proses bir neçə saat təxirə salınıb. Ancaq formal olaraq vəkillə təmin edildikdən sonra məhkəmənin qərarı ilə 535-ci maddə ilə (Polisin qanuni tələblərinə tabe olmama) 25 sutka inzibati həbs cəzası alıb”, – deyə açıqlamada bildirilir.

Hərəkat Cəlil Zabidovun həbsini siyasi sifariş sayaraq onun tezliklə azadlığa buraxılmasını  tələb edir.

Amma Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Cənub Regional Qrupundan Meydan TV-nin sorğusuna cavab verilib ki, Cəlil Zabidov rayonda pandemiya şəraiti ilə bağlı keçirilən reyd zamanı polisin tibbi maskadan istifadə haqda tələbini rədd edib.

"Qapalı məkanların birində Cəlil Zabidov tibbi maskadan istifadə etmədiyi zaman polislər ona hər bir vətəndaşın qaydalara əməl etməsini xatırladıb. Amma Zabidov qaydaların onu maraqlandırmadığını deyib, polisin qanuni tələbinə tabe olmadığından barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Beləliklə, Zabidovun haqqında qanunvericiliyin tələbinə uyğun olaraq 25 sutka inzibati cəza kəsilib”, - deyə nazirlikdən bildirilib. 

Cəlil Zabidov 2020-ci ildən hərəkatın üzvüdür.

İxtisasca müəllim olan Zabidov işdən azad edildikdən sonra ötən il Təhsil Nazirliyi qarşısında tək adamlıq aksiya keçirib.

O, 2020-ci il növbədənkənar parlament seçkiləri zamanı Yardımlı rayonunda baş verən seçki saxtakarlığına etiraz etdiyi üçün saxlanılaraq 5 ay müddətində azadlıqdan məhrum edilib.
 
Ləman Qasımova 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol