• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdə olan Rasim Məmmədov məhkəməyə müraciət edib

Həbsdə olan Rasim Məmmədov məhkəməyə müraciət edib
08.02.2022 17:45
Özünü "İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov məhkəməyə müraciət edib.

Təqsirləndirilən şəxslə bağlı vəsatətə Sumqayıt Şəhər Məhkəməsində baxılacaq.

O, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini və azadlığa buraxılmasını istəyir.

Rəsmi məlumata əsasən, vətəndaş R.Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən "Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib.

R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə üç dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Fevralın 3-də R.Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.(report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol