Azərbaycanın veteran məşqçisi dünyasını dəyişib

Azərbaycanın bədii gimnastika üzrə əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nina Hacıbəylinskaya dünyasını dəyişib.
www.anews.az
Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, N.Hacıbəylinskaya 95 yaşında vəfat edib.
AGF bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verib və onlara səbr diləyib.
Nina Fyodorovna Hacıbəylinskaya Azərbaycanın bədii gimnastika üzrə SSRİ idman ustası, SSRİ çempionatının bürünc medalçısı, Ümumittifaq dərəcəli hakimi olub. O, yeniyetmələr, gənclər və böyüklər üzrə yığma komandaların baş məşqçisi kimi fəaliyyət göstərib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























