• $
  • €
  • ₽
  • ₺
  • £

Helsinki Komitəsi "Media haqqında" qanunu tənqid etdi

Helsinki Komitəsi "Media haqqında" qanunu tənqid etdi
11.02.2022 23:30
Prezident Əliyev tərəfindən "Media Haqqında" yeni qanun təsdiq edildikdən sonra Azərbaycanda jurnalist və ya sosial media fəalı olmaq daha da çətinləşəcək, bu barədə Norveç Helsinki Komitəsinin bəyanatında deyilir.

Yeni qanun onsuz da ciddi nəzarət olunan ölkə KİV-lərinə bir çox yeni genişmiqyaslı məhdudiyyətlər gətirəcək. 
Qanun yerli və beynəlxalq tənqidlərə məruz qalıb, ölkə jurnalistləri prezident Əliyevi insan hüquqlarını daha da pozan və müstəqil jurnalistikanı məhdudlaşdıran sənədi ləğv etməyə çağırıb.

Avropa Şurasının insan hüquqları üzrə komissarı prezident Əliyevi qanunu üzərində işlənməsi və söz və media azadlığı sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması üçün parlamentə qaytarmağa çağırmışdı.

Norveç Helsinki Komitəsi qeyd edir ki, Azərbaycanda müstəqil və tənqidçi KİV-lər tez-tez senzuraya və zorla bağlanmağa, jurnalistlər və sosial şəbəkə istifadəçiləri sistemli təqiblərə və həbslərə məruz qalırlar.

Qanunun bir çox müddəaları hökumətin hadisələrin işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdırmasına imkan verəcək və hökumətin tənqid edilməsinin qarşısını almaq üçün istifadə olunacaq.

Jurnalistlərin Vahid Reyestrinə yalnız məhkumluğu olmayan jurnalistlər daxil ediləcək. Jurnalistlərin uzun illərdir saxta ittihamlarla daim həbs edildiyini nəzərə almaqla, bu şərt bir çox jurnalisti işləmək hüququndan məhrum edir və senzuranı leqallaşdırır.

Bundan başqa, hakimiyyət artıq bu və ya digər KİV-i bağlamaq üçün məhkəmə qərarına ehtiyac duymayacaq.

"Azərbaycanın beynəlxalq tərəfdaşları media və tənqidi səsləri susdurmaqla avtokratiyanın qurulduğu bir ölkədə bu yeni məhdudiyyətlərin nə qədər zərərli olacağını dilə gətirməlidir", -  deyə bəyanatda qeyd edilir. (turan)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol