• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ayda eyni ştama təkrar yoluxma mümkündürmü?

Bir ayda eyni ştama təkrar yoluxma mümkündürmü?
12.02.2022 15:36
İndiyə qədər yeni növ koronavirus (COVID-19) infeksiyasının virusologiya, klinika və diaqnostikası tam öyrənilməyib. Ən əsas problemlərdən biri isə onun müalicəsidir.
 
Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.
 
Onun sözlərinə görə, COVID-19-un mutasiyaya uğramış yeni forması "omicron” ştamının tərkibində 30-dan artıq mutasiyaya uğramış amin turşuları var:
 
"Bir və ya iki ay ərzində bir nəfərin eyni variantla xəstələnməsi mümkün deyil. Zaman keçdikcə koronavirusun mutasiyaya uğraması nəticəsində onun gedişi qrip virusunun gedişi ilə uyğunlaşacaq. Məsələn, "influenza” A tipinin hər hansı subtipi ilə xəstələnirsə, iki aydan sonra digəri ilə xəstələnə bilər. Bir tip üçün yaranan immunitet digəri üçün effektli deyil. Xəstələrin arasında eləsi var ki, COVID-19-a da, "delta” variantına da, indi isə "omikron”a yoluxub. COVID-19-a yoluxduğu halda "delta”ya qarşı immunitet tam formalaşmayıb, müəyyən vaxt keçəndən sonra digər ştama yoluxub. Xəstə bir ştama yoluxduğuna görə digərini daha rahat keçirir, çünki ştamlar genetik olaraq COVID-19-la əlaqədardir”.
 
Həkim infeksiyaya yoluxmuş bəzi xəstələrdə dəri səpgiləri yaranması hallarından söz açaraq deyib:
 
"Virus infeksiyası artıb çoxaldıqca uşaq vaxtından keçirilən xəstəlikləri yenidən fəallaşdırır. İstər COVID-19, istər "delta, istərsə də "omicron” ştamında dəri səpgilərinin olması xarakterik hal deyil. Həmin halın meydana çıxması ilə orqanizm əvvəllər xəstələrin həkim tövsiyəsi olmadan qəbul etdiyi müxtəlif tərkibli dərman preparatlarına cavab verir. Virusun özündə olan toksinlər orqanizmdə imminotoksik vəziyyət yaradır və xəstəliyin ağır hallarında yanaşı olaraq allergik xəstəliklər varsa, intoksikasiya əlamətləri ilə yanaşı, dəridə səpgilər müşahidə edilə bilər”.(Modern.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol