• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovun oğlunun ABŞ-dakı erməni iş ortaqları kimdir? – FOTOLAR

Əli Həsənovun oğlunun ABŞ-dakı erməni iş ortaqları kimdir? – FOTOLAR
14.02.2022 16:10
Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən "Zylberglait Group”da işə düzəlib.

Yeniavaz.com xəbər verir ki, Mayamidə fəaliyyət göstərən "Zylberglait Group” ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan "Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. 


 "Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında çoxsaylı ermənilər də var. 


"Marcus and Millichap”də yüksək vəzifələrdə çalışan ermənilərdən biri Simon Qriqoryandır. Simon Qriqoryan özünün "LinkedIn” sosial şəbəkə hesabında yazır ki, o 2010-cu ildən Şamxal Həsənlinin də yaşadığı Florida ştatında yerləşən erməni kilsəsinə yardımlar edir. Qriqoryan yazır ki, erməni kilsəsinin  bərpasına kömək edib və hazırda ayda bir dəfə könüllü kimi kilsənin işlərində yaxından iştirak edir.


Şamxal Həsənlinin iş ortaqlarında olan başqa bir erməni – Stefan Çraqçyan daha əvvəl ABŞ-da erməni diasporasının mərkəzi olan Qlendeyl şəhərində çalışıb. Stefan Çraqçyan da erməni diasporasının aktiv fəallarından hesab olunur. Çraqçyan özünün "LinkedIn” sosial şəbəkə hesabında "profil şəkili” kimi Qlendeyldə yerləşən Brand kitabxanasının fotosunu yerləşdirib. Bu kitabxana erməni diasporunun əsas təbliğat mərkəzlərindən hesab olunur. Erməni diasporu hər il aprel ayında bu tarixi kitabxanada qondarma erməni soyqırımının anım gününü qeyd edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol