• $
  • €
  • ₽
  • ₺
  • £

"Müdafiə Xətti": İnsan hüquqları sahəsində vəziyyət pisləşib

"Müdafiə Xətti": İnsan hüquqları sahəsində vəziyyət pisləşib
15.02.2022 10:02
2022-ci ilin yanvarında Azərbaycanda insan hüquqlarının vəziyyəti daha da pisləşib, bu barədə "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının hesabatında bildirilib.

Təşkilatın icraçı direktoru Rüfət Səfərovun verdiyi məlumata görə, hesabat dövründə hakimiyyətin tənqidçilərinə təzyiq, həbs edilənlərə qarşı fiziki zorakılıq və işgəncə faktları davam edib.

"Çox təəssüf ki, Azərbaycanda mövcud hakimiyyətin dövründə insan hüquq və azadlıqlarının vəziyyəti getdikcə daha da qeyri-qənaətbəxş hal almaqdadır. Siyasi, iqtisadi, hətta mədəni yaradıcılıq azadlıqları da artıq iqnor edilib", -  deyə Səfərov bildirib.

Brifinqdə "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin məhkəmə prosesindəki çıxışına da toxunulub. Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib ki, partiya sədri həbs olunduqdan sonra ölümlə hədələndiyini qeyd edib.

"Müdafiə Xətti" təşkilatının brifinqində eyni zamanda keçmiş səfir Eldar Həsənovun və siyasi fəal Fuad İsmayılovun həbsi, xarici ölkədən deport olunan fəallar və "Tərtər işi" üzrə də müzakirələr aparılıb. (toplum tv)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol