4 Qarabağ müharibəsi iştirakçısı Türkiyəyə göndərildi

Qarabağ müharibəsinin ağır yaralanan 4 iştirakçısı "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fonddan bildirilib ki, həmin şəxslər aşağıdakılardır:
1. Ömərov Rüstəm Çianşa oğlu
2. Yusifov Elnur Xanlar oğlu
3. Əliyev Xəzər Ərşad oğlu
4. Hacıyev Arif Şirvan oğlu
"YAŞAT" Fondu tərəfindən Türkiyədən Azərbaycana gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq onların müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
"YAŞAT” Fondu müharibə iştirakçılarının müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























