Dumanlı hava davam edəcək

Fevralın 21-ə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Anews az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa qnəcək. Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























