Lənkəranda fəhlə binadan yıxılaraq ölüb

Lənkəranda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb.
www.anews.az
Hadisə şəhərin mərkəzində yeni tikilməkdə olan 7 mərtəbəli yaşayış binasında baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
























