• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ay son 70 ildə ən isti fevral ayı olub

Bu ay son 70 ildə ən isti fevral ayı olub
28.02.2022 18:25
Uzun illər ən soyuq aylardan biri hesab olunan fevral ayı bu il mülayim isti keçərək, xüsusən də son həftəsində, yaz havası ilə fərqlənib,bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

UmrayaTağıyevanın sözlərinə görə, fevralın 1-dən 28-dək havanın orta sutkalıq temperaturu 8.2 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yüksəkdir.

"Belə göstəricilərlə, bu ilin fevral ayı son 70 ildə ən isti fevral ayı olub”.
Xidmət rəisi qeyd edib ki, ay ərzində ən yüksək  temperatur fevralın 9-da 19 dərəcə isti olub ki, bu da iqlim normasından 9 dərəcə yüksəkdir. Ən minimal temperatur isə fevralın 6-da 1.7 dərəcə qeydə alınıb.  Fevralın 13-də isə Bakıda şimal-qərb küləyinin maksimal sürəti  25 m/s -ə çatıb:
"Ötən illərlə müqayisədə bu il fevralda yağıntı xeyli az düşüb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında  3 mm (aylıq normanın 14 faizi), Qazax-Gəncə zonasında  1-5 mm (aylıq normanın 2-22 faizi), Qarabağ zonasında 12-16 mm (aylıq normanın 40-45 faizi), Balakən-Şəki zonasında 3-22 mm (aylıq normanın 8-73 faizi), Mərkəzi Aran zonasında 2-13 mm (aylıq normanın 6-62 faizi), Lənkəran-Astara zonasında 40-51 mm (aylıq normanın 39-84 faizi) qeydə alınıb”.

Uçraya Tağıyeva əlavə edib ki, mart ayının ilk günlərində iqlim normasından yüksək temperatur rejimi davam edəcək, birinci ongünlüyün ikinci yarısı isə hava qeyri-sabit keçəcək

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol