• $
  • €
  • ₽
  • ₺
  • £

2021-ci ildə neçə nəfər ad, ata adı və soyadını dəyişdirib? - RƏSMİ

2021-ci ildə neçə nəfər ad, ata adı və soyadını dəyişdirib? - RƏSMİ
02.03.2022 15:09
2021-ci ildə 2346 şəxs ad, ata adı və soyadını dəyişdirib, bunu  Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli bildirib.

1991-ci ildən bu günədək 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu, 11 il ərzində 24 mindən çox şəxsin bütünlükdə ad və soyadı dəyişdirilib.

"Ümumiyyətlə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Nazirliyə olan müraciətlərin sayında artım müşahidə olunur. Ancaq əhali arasında soyad sonluğu ilə soyadın dəyişdirilməsi məsələsində qarışıqlıq yaranır. 18 yaşına çatmış hər Azərbaycan vətəndaşı adını, hətta soyadını da dəyişdirə bilər. Hazırda uşaqlara daha çox dini adlar qoyulur. Oğlan uşaqlarına daha çox Əli, Yusif, Məhəmməd adları, qız uşaqlarına isə Məryəm, Fatimə, Zəhra adları qoyulur. 2021-ci ildə yeni doğulan qız uşaqlarına verilən adların ilk beşliyi isə belədir: Zəhra, Zeynəb, Aylin, Məryəm və Fatimə. Eyni ilə, bu ilin yanvar və fevral aylarında da qız uşaqlarına həmin adların qoyulması üstünlük təşkil edib. Azərbaycanda xarici serialların və cizgi filmlərinin personajlarının adını övladlarına vermək istəyən ailələrin sayı artıb. Valideynlər bilməlidir ki, hansısa xarici ölkədə normal səslənən ad Azərbaycan dilində düzgün səslənmir və ya fərqli anlaşılır. Bu adlar kifayət qədər əcaib səslənir. Məsələn, Kiara, Alisa. Bu da gələcəkdə həmin uşaqların gülüş hədəfinə çevrilməsinə səbəb ola bilərQoyulan adlar qanunverilik ilə tənzimlənir”- deyə Səfərli bildirib.
 
Nahid Səfərlinin sözlərinə görə, şəxs Azərbaycan vətəndaşıdırsa, öz yaşadığı yer üzrə qeydiyyat şöbəsinə müraciət etməlidir.

"Şəxsin doğumu qeydiyyata alındığı müvafiq ölkəyə onun doğum tarixi ilə bağlı müvafiq sorğu göndərilir. Sorğuya əsasən, akt əldə olunduqdan sonra dəyişiklik aparılır. Dəyişiklik edilməsi barədə xarici ölkəyə müvafiq bildiriş göndərilir”, - deyə o vurğulayıb.
 
Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, 18 yaşdan aşağı şəxslər də ad, soyad, ata adını dəyişə bilir. Lakin bu hallarda valideynlərin razılığı və müvafiq ərazi üzrə İcra Hakmiyyətinin rəyi mütləqdir.
 
"Yеrli icrа hаkimiyyətlərinin qəyyumluq və himаyə оrqаnlаrı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə bu məsələ digər valideynin rəyi nəzərə alınmaqla və uşağın maraqlarından asılı olaraq həll edilir. Lаkin digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o, valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Azərbaycanda əsas problem ad, soyad, ata adı dəyişdikdən sonra şəxsə məxsus bütün sənədləri, diplomları dəyişdirmək məcburiyyətidir. Bu isə uzun müddət aparır və qəlizdir. Təklif edirik ki, məsələn ZAKS idarəsi sənəd versin, o sənədin əsasında diplom və digər zəruri sənədləri dəyişmək ehtiyacı olmasın", deyə Paşayev bildirdi.
 
Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Dövlət rüsumu 15 manatdır. 

Zəruri olan sənədlərin siyahısı aşağıdakılardır:

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;
Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd. 

 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol