• $
  • €
  • ₽
  • ₺
  • £

BP-dən bu universitetə müasir elektron kitabxana HƏDİYYƏSİ

BP-dən bu universitetə müasir elektron kitabxana HƏDİYYƏSİ
01.03.2022 13:42
Bu gün BP Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə universitetə müasir elektron kitabxana hədiyyə edib, bu barədə"BP-Azerbaijan” şirkəti məlumat yayıb.

Bu kitabxana 700 000 nüsxəyə yaxın rəqəmsallaşdırılmış kitab, tədris materialları və digər vəsaitlərə məsafədən birbaşa çıxış təmin etməklə istifadəçilərə mürəkkəb axtarışlar aparmağa və məzmunu başqaları ilə paylaşmağa imkan yaradacaq.

Yeni elektron kitabxana həmçinin kitabxana sisteminin səmərəli fəaliyyəti üçün tələb olunan bütün zəruri fiziki infrastruktura malikdir. Burada istifadə olunan elektron vasitə kitabxananın idarə edilməsi proseslərinin təkmilləşdirilməsinə kömək edəcək.

"Biz Azərbaycanın ən qədim və ən nüfuzlu pedaqoji universitetinin 100 illik yubileyinin qeyd olunmasına qoşulmaqdan məmnunuq. Ümid edirik ki, bu gün istifadəyə verdiyimiz rəqəmsal kitabxana təlim, tədris və tədqiqat materiallarının zəngin və asanlıqla əl çata bilən mənbəyinə çevriləcək və universitetin təhsilin keyfiyyətini artırmaq səylərinə dəstək verəcək. İnanırıq ki, bu müasir elektron kitabxana həm tələbələrin, həm də müəllimlərin elmi-tədqiqat fəaliyyətinə təkan verməklə universitetdə elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək”, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Layihənin ümumi dəyəri təxminən 421 min manat təşkil edir və bu məbləğ kitabxananın rəqəmsal fəaliyyəti üçün zəruri olan proqram təminatının hazırlanması, inventarların səmərəli idarə edilməsi prosesinin qurulması və lazımi fiziki infrastrukturun quraşdırılmasını əhatə edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol