• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil ilə bağlı yaş məhdudiyyəti barədə AÇIQLAMA

Xaricdə təhsil ilə bağlı yaş məhdudiyyəti barədə AÇIQLAMA
01.03.2022 15:20
Xaricdə təhsillə bağlı yaş məhdudiyyəti meyarlar olaraq müəyyən ediləcək. Yəqin ki, əvvəlki proqramda olduğu kimi bu meyar 35-40 yaş arası olacaq, bunu Təhsil naziri Emin Əmrullayev martın 1-də keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, hələ bu meyar dəqiqləşməyib. Məsələ dəqiqləşəndən sonra ictimaiyyətə açıqlanacaq.

Onun sözlərinə görə, əgər xaricdə dövlət proqramı ilə təhsil alan tələbə ölkəyə qayltmaq intina edərsə dövlətin pulunu qaytarmalıdır. dövlət ona görə tələbələri maliyyələşdirir ki, ölkənin ehtiyaclarına uyğun fəaliyyət qursun.

"Ötən dövlət proqramlarında oxuyub qayıdan şəxslər yenidən müraciət edə bilməz. Yalnız əvvəlki illər müraciət edib keçə bilməyənlər yenidən müraciət etmək imkanına malikdir. Qalib olanların yenidən seçilməsi digər məzunlarla müqayisədə ədalət prinsipinin pozulması olar", deyə nazir söylədi. 
 
Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
 
Gülnar Nazimqızı


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol