• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadan 21 Azərbaycan vətəndaşı Macarıstana təxliyə edilib

Ukraynadan 21 Azərbaycan vətəndaşı Macarıstana təxliyə edilib
01.03.2022 15:44
Ukraynada yaranmış mövcud vəziyyətlə əldaqədar son iki gündə 21 Azərbaycan vətəndaşı Ukrayna ilə Macarıstan arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstan ərazisinə daxil olub, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərlinin verdiyi məlumata görə, həmvətənlərimiz sərhəd-keçid məntəqələrinin olduğu şəhərlərdən paytaxt Budapeştə aparılıb. Onlar Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində, bu şəhərdə yaşayan həmvətənlərimizin evlərində, eləcə də mehmanxanalarda yerləşdirilib. Diapor təşkilatlarının nümayəndələri onlarla mütəmadi əlaqə saxlayaraq, ehtiyacları ilə maraqlanırlar.

Sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşları üçün rüsumsuz 15 günlük viza rəsmiləşdirilib və onların yaxın günlərdə Azərbaycana gətirilməsi planlaşdırılır.

Dövlət Komitəsi Ukraynadan Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.

Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89 telefon nömrələri vasitəsilə müraciət etmək olar. Telefon nömrələri 24 saat aktivdir.

Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır.

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir. (report.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol