• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski”dən xəbər var

“Sovetski”dən xəbər var
02.05.2014 10:31
Bakının “Sovetski” məhəlləsində etirazlar səngiyib. İlk günlərdə keçirilən izdihamlı mitinqlərin ardınca hökumət rəsmiləri ilə aparılan dialoq aksiyaların dayanmasına səbəb olub. Əhaliyə təklif edilən kompensasiyaların məbləği mənzilin hər kvadratmetri üçün 1500 manatdan o yana keçməyib.Camaat isə mənzilin hər kvadratına görə kompensasiyanın məbləğinin 2500-3500 manatdan hesablanmasını tələb edirdi. Artıq aksiyalar dayanıb, bu tələb arxa plana keçib, təyin olunan 1500 manat isə dəyişməyib. Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) son məlumatında qeyd olunur ki, bu günə qədər 674 razılaşma protokolu əldə edilib, 646 nəfərin isə bank hesabına vəsait köçürülüb, 56 mənzil isə sökülüb.Başqa bir məlumatda isə deyilir ki, “Sovetski”də mənzili 12-14 kvadratmetr olanlar üçün şəhərdən aralıda yeni evlər tikiləcək. Yerli sakinlərin arasında gəzən söz-söhbətə görə, metronun “Koroğlu” stansiyası ətrafında tikilən binalarda onlara evlər verilə bilər. Yasamal Rayon İcra Hakimiyyətində yaradılan komissiya bununla bağlı Nazirlər Kabineti ilə müzakirələr aparacaq.Həmin müzakirələrin mayın 15-nə kimi başa çatacağı gözlənilir. Verilən qərara əsasən isə “Sovetski”də mənzilləri 20 kvadratmetrdən az olan vətəndaşlara yeni evlər veriləcək. Mənzilinin kvadratmetri bundan çox olan evlərin sahibləri isə 1500 manatdan pullarını alacaqlar.Ancaq bu, inandırıcı görünmür. Sakinlərin sözlərinə görə, tək-tük adamlar evlərindən çıxmağa razılıq veriblər. Onlar da torpaq alıb ev tikmək istəyənlərdir. Kütləvi şəkildə köç yoxdur.Yasamal rayonundan deputat olan Ülvi Quliyev son vəziyyət haqda “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, təzminatın dəyərində heç bir dəyişiklik olmayıb.Deputatın sözlərinə görə, köçmək istəyənlərin sayı çoxdur və onun özünə də saysız-hesabsız müraciətlər var: “Həmçinin komissiyaya müraciətlər olur. Bütün bu müraciətləri qısa müddətdə həll etmək çətindir. Müraciət edənlər onlara 1500 manatdan kompensasiya verilməsi ilə razılaşıblar və könüllü şəkildə köçmək istəyirlər. Hazırda proses gedir və müraciətlərə baxılır”.Deputat köçmək istəməyənlərin olduğunu da söylədi: “Kim köçmək istəmirsə və kompensasiyanın məbləği ilə razılaşmırsa, heç bir məcburiyyət yoxdur, öz mənzillərində yaşayırlar. Hamının razı salınması üçün çalışırıq”.Ü.Quliyev az kvadratlı mülk sahiblərinə şəhərdən kənarda evlərin tikilməsi planının olmadığını dedi: “Hələlik belə məsələ yoxdur. Kvadratı az olanlar üçün kompensasiyaların artırılması da nəzərdə tutulmayıb. Sadəcə, onların sənədsiz tikilmiş mülkləri, tikililəri də hesablanır, təzminat ödənilir. Bu da müsbət cəhətdir”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol