• $
  • €
  • ₽
  • ₺
  • £

Sayt rəhbərinə və işçisinə HÖKM OXUNDU

Sayt rəhbərinə və işçisinə HÖKM OXUNDU
02.03.2022 18:44
Bu gün, martın 2-də Bakı Ağır Cinayətlər məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Asəf Novruzov və Məhsud Səfərova hökm oxunub və onlar 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Bu barədə hökm hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

"Cia.az” informasiya portalının rəhbəri Asəf Novruzov və həmin saytın əməkdaşı Məhsud Səfərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan əməliyyat-istintaq tədbirlərində məlum olub ki,onlar ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslər barələrində yalan məlumatı öz saytlarında yayacağını hədələnmək ilə ümumilikdə 2 min 900 manat pul vəsaitini hədə-qorxu ilə tələb ediblər. İş üzrə həmin şəxslərin xidməti istifadələrində olan sahələrdə axtarış zaman müxtəlif məbləğdə pul vəsaitinə dair qeydlər olan dəftərçələr aşkar olunaraq götürülüb.

İbtidai istintaq zamanı onlara Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçillib.
 
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.
 
Ləman Qasımova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol