• $
  • €
  • ₽
  • ₺
  • £

NATO bu gün Ukraynanı məyus etdi - TƏHLİL

NATO bu gün Ukraynanı məyus etdi - TƏHLİL
04.03.2022 23:35
NATO üzvü olan ölkələrin xarici işlər nazirlərinin bu gün Brüsseldə keçirilən görüşündən Ukrayna istədiyi nəticəni almadı. Belə  ki, NATO baş katibi Yens Stoltenberq hərbi alyansın açıq şəkildə rəsmi Kiyevin Ukrayna  səmasının uçuşlara bağlı zona elan edilməsi istəyini rədd etdiyini bildirdi. 

"Ukrayna üzərində uçuşlara bağlı zonanın yaradılması Avropada daha çox ölkənin cəlb olunacağı genişmiqyaslı müharibəyə səbəb ola bilər. Biz Ukraynanın məyus olacağını bilirik. Amma biz onun bu istəyini yerinə yetirə bilmərik", - Stoltenberq bildirib. 

Ukraynanın hava məkanının uçuşlara bağlı zona elan edilməsini NATO-dan Ukrayna prezidenti Vladimir Zelenski istəmişdi. "Əgər indi bağlı zona elan edə bilmirsinizsə onda deyin bunu nə vaxt edə bilərsiz? Deyin görək nə qədər adam ölməlidir, neçə adam qolsuz, ayaqsız, başsız qalmalıdır ki, burada baş verənlər sizlərə çatsın?", - Zelenski cümə axşamı bildirib. 

NATO son  toplantısında ancaq Rusiyanı Ukraynaya qarşı  kasset bombaları işlətməkdə suçlamaqla kifayətləndi. 

"Biz Rusiyanın Ukraynada kasset bombalarından və başqa beynəlxalq hüquq tərəfindən işlədilməsi yasaq edilmiş silahdan istifadə etdiyini gördük", - Stoltenberq deyib. 

Rusiyanın istehsalı olan kasset bombaları İkinci Qarabağ savaşı vaxtı Ermənistan tərəfindən Azərbaycana da atılıb. Tərtər və Bərdədə belə bombalardan  tez-tez istifadə edilib. . Hətta Bərdədə bu silah növündən düşmənin istifadə etdiyi Beynəlxlaq Human Rights Watch təşkilatının hesabatında da qeyd edilib. 

Kasset  bombaları bir mərmi şəklində  hədəfə atılır, göydə mərmi parçalanır və  içindən onlarla , bəzən isə yüzlərlə kiçik bombalar tökülür. Adətən bu bombalardan mülki əhalini öldürmək və ya şikəst etmək məqsədilə istifadə olunur. 

Kasset bombalarından istifadə 2010-cü il avqustun 1-dən Beynəlxalq Konvensiya tərəfindən yasaq edilib. Rusiya, Ukrayna, ABŞ, Çin  və başqa ölkələr bu sənədi imzalayıb. 

Beynəlxalq məsələlər üzrə şərhçi Rauf Mirqədirov Qərb ölkələri və ABŞ-ın Ukraynaya təcavüzə görə Rusiyaya ciddi sanksiyalar qoymasını yüksək dəyərləndirsə də hərbi yardımda müəyyən qədər zəiflik göstərdiyini etiraf edib. 

"Qərbin hərbi baxımdan münaqişəyə qarışacağına bir o qədər də ümidim yoxdur. Çünki qərb dövlətləri təəəsüf ki, münaqişəyə qatılmanın daha böyük müharibəyə gətirib çıxaracağından qorxurlar. Rusiya isə bundan şantaj vasitəsi kimi istifadə edir", - politoloq bildirir. 
 
Mirqədirovun fikrincə, Qərb yanılır. Putini  ancaq  böyük müharibə təhülükəsi saxlaya bilər.  "Putin ağlını nə qədər itirsə də dünyanı nüvə burulğanına atmaq qədər ağılsız  deyil  və başa düşür ki, nüvə müharibəsi olarsa Qərblə birlikdə, özü də, Rusiya da məhv olacaq. Bu şantajı ona görə  edir ki, Qərb ölkələri ona qələbə qazanmaq görüntüsünü yaratmaq  şansı versin. Ukrayna bu qarşıdurmada öz hərbi qüvvələrinə arxalanmalıdır. Putin də bu faktoru  əsas götürüb son ana qədər münaqişəni  davam edəcək. Putinə qələbə lazımdır. Çünki imperiya təfəkkürlü ruslar ona hər şeyi bağışlayar , ancaq məğlubiyyəti yox. Məğlubiyyət Putin üçün özünüməhvə getmək deməkdir", - ekspert bildirdi. 

Azərbaycanı Avropa Şurasında təmsil etmiş sabiq millət vəkili Gültəkin Hacıbəyli isə deyir ki, NATO-nun bu gün keçirilən toplantısından ən böyük gözləntisi  ən qısa zamanda Ukraynaya yardım edilməsidir. 

"Eyni zamanda, NATO Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasından qorunması üçün də ən qısa zamanda addımlar atmalıdır. Bu istiqamətdə də Ukrayna hələ ki, zəif görünür. Bu boşluq mütləq doldurulmalıdır. Ümid edirəm ki, Qərbin son günlər sərgilədiyi  qətiyyət və birlik sarsılmayacaq və demokratik dünya öz dəyərlərini sonadək müdafiə etməyi bacaracaqdır", - sabiq millət vəkili vurğulayıb. 
 
N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol