• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə 113 mln manat yardım edilib

Bu şəxslərə 113 mln manat yardım edilib
09.03.2022 14:09
Bu il yanvarın 1-nə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı üzrə ayrılmış vəsaitdən 113 milyon 064,5 min manat yardım edilib.
 
Bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Bu məbləğin 107,4 min manatı vergi ödəyicisinin bank hesabına, muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi ilə bağlı isə ayrılmış vəsaitdən 250 milyon 574,2 min manatın 25,2 min vergi ödəyicisinin bank hesabına köçürülməsi təmin edilib.

Sənədə əsasən, qanunvericiliklə pandemiyanın bilavasitə təsir etdiyi bir çox fəaliyyat istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak va torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 %-i miqdarında vergi güzəştlərinin verilməsi, sadələşdirilmiş vergi məbləği üzrə 50 % güzəştin verilməsi, bir sira vergi dərəcələrinin əhəmiyyətli dərəcədə endirilməsi, bəzi vergilərin ödənilmə müddətinin xeyli uzadılması, vergi və digər borclar üzrə faizlərin hesablanmasının təxirə salınmasi, habelə pandemiyanın mənfi təsir etdiyi mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 % güzəştin verilməsi, digər vergilər üzrə vergi tətilinin verilməsi, sahibkarlıq subyektlərinə profilaktik tədbirlərə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, eləcə də sigorta olunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin hesablanmasında diferensial faiz əmsallarının tətbiq edilməsi və s. kimi böyük həcmli güzəştlər nəzərdə tutulub.

Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin maliyyə dəstəyini ala bilmələri məqsədilə şəxsi elektron kabinetləri vasitəsilə müraciət etmələri üçün "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqrami" üçün ərizə forması, ödəyicilərinin internet vergi idarəsindəki şəxsi kabinetlərindən müraciət etmə prosedurunu özündə əks etdirən video təlimat hazırlanaraq istifadəyə verilib. (report.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol