• $
  • €
  • ₽
  • ₺
  • £

Qadın fəallardan Ukraynadakı müharibə ilə bağlı MÜRACİƏT

Qadın fəallardan Ukraynadakı müharibə ilə bağlı MÜRACİƏT
11.03.2022 17:58
Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup qadın fəalı Ukraynada müharibə ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.

Onlar dövlət rəhbərlərini, beynəlxalq strukturları, qadın təşkilatlarını və sülh hərəkatlarını Ukraynada müharibənin tezliklə dayandırılması üçün hər cür səy göstərməyə çağırıblar.

"Biz dinc əhalinin, xüsusilə qadınların və uşaqların kütləvi qətl edilməsini pisləyirik. Biz dinc şəhərlərin və yaşayış məntəqələrinin amansızcasına bombalanmasına, infrastrukturun, təbiətin, tarixi abidələrin və mədəni irs obyektlərinin məhv edilməsinə etiraz edirik. Biz müharibə nəticəsində ziyan dəymiş şəhər və regionların sakinlərinə humanitar yardımların təşkil olunmasını xahiş edirik. Ukrayna ərazisində qanunsuz yerləşən bütün silahlı birləşmələrin" çıxarılmasını tələb edirik. Nüvə eskalasiyası riski və Ukrayna ərazisində atom elektrik stansiyalarına ziyan dəyməsi geri dönməz nəticələrə və qlobal ümumbəşəri fəlakətə səbəb ola bilər. Rusiyaya tətbiq edilən sanksiyaların nəticələri bu ölkədə böhrana səbəb olacaq və heç bir günahı olmayan vətəndaşları humanitar fəlakətə sürükləyəcək. Ermənistanla 30 ildən çoxdur davam edən silahlı münaqişə hər iki xalqa böyük acı gətirdi. İtkilərimizi bərpa etmək üçün onilliklər lazımdır, lakin heç kim insan həyatını geri qaytarmayacaq. Biz, Azərbaycan qadınları başqa xalqlar üçün bu faciələrin təkrarlanmasını istəmirik, anaların öz oğullarını, qadınların ərlərini, uşaqların valideynlərini itirməsini istəmirik", - müraciətdə qeyd olunur.

Müraciəti vətəndaş cəmiyyətinin 30-a yaxın nümayəndəsi, o cümlədən hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva, Dilarə Əfəndiyeva, Mehriban Zeynalova, Mirvari Qəhrəmanlı və başqaları imzalayıblar.
 
Fevralın 24-dən Rusiyanın Ukraynaya hərbi hücumları davam edir. 
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol