• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə dünyaya aclıq gətirir - XƏBƏRDARLIQ

Müharibə dünyaya aclıq gətirir - XƏBƏRDARLIQ
11.03.2022 21:04
Siyasətçilər və iş adamları xəbərdarlıq edirlər ki, Rusiyanın Ukraynaya hücumu Afrikada və digər qitələrdə aclıq yaradacaq.

Rusiya və Ukrayna ən böyük taxıl istehsalçılarıdır və Rusiya həm də onların istehsalı üçün gübrə və xammalın əsas tədarükçüsüdür.

"Ukraynanın tarlaları əkə bilməyəcəyinə görə Avropa və Afrikanı kütləvi şəkildə ərzaq destabilizasiyası təhlükəsi gözləyir. Biz öz ərzaq təhlükəsizliyimizi təmin etmək strategiyasını hazırlayıb yenidən nəzərdən keçirməli və Afrika ilə nə edəcəyimizi düşünməliyik",bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Makron bildirib ki,  əks halda, Ukraynadakı müharibə səbəbindən bir sıra Afrika dövlətləri yaxın il yarım ərzində aclıq təhlükəsi ilə üz-üzə qalacaq.

Rusiya və Ukrayna dünyanın aparıcı taxıl ixracatçılarıdır. Qara dəniz isə planetin ərzaq təhlükəsizliyi üçün strateji cəhətdən əvəzsiz regiondur, çünki onlar Qara dəniz limanları vasitəsilə təkcə buğda, arpa, qarğıdalı və günəbaxan deyil, həm də Qazaxıstan və Rumıniya ixrac edirlər. Bundan əlavə, Rusiya həm gübrələrin (təbii qaz və fosfatlar) istehsalı üçün xammalın, həm də gübrələrin özünün əsas tədarükçüsüdür.

Avropada gübrə istehsalı hələ müharibədən əvvəl dayanmışdı, belə ki, Rusiya qaz tədarükünü kəsdi, qiymətlər şaxtalı qalxdı, selitra və karbamid istehsalı zərərli oldu.

Avropanın ən böyük gübrə istehsalçısı olan Norveçin Yara şirkətinin rəhbəri Svein Tore Holseter BBC-yə deyib ki, müharibə yalnız problemi daha da ağırlaşdırıb.


"Müharibədən əvvəl bu asan deyildi, amma indi müharibə səbəbindən maddi-texniki təchizat kəsilib və biz şimal yarımkürəsində əkin mövsümünə və gübrə tədarükünün pik nöqtəsinə yaxınlaşırıq”, - o bildirib.


Svein Tore deyir ki, məsələ artıq dünyada ərzaq böhranının olub-olmayacağı deyil. Sual yalnız nə qədər böyük olacağıdır.(BBC)
 
Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol