• $
  • €
  • ₽
  • ₺
  • £

Bu bölgələrə qar yağıb - PROQNOZ - YENİLƏNDİ

Bu bölgələrə qar yağıb - PROQNOZ - YENİLƏNDİ
12.03.2022 11:36
Martın 12-si gecə saatlarından Daşkəsənə güclü qar yağıb. Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.

Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 40-50 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Qaraqullar, Gurbulaq, Astaf, Alaxançallı, Zivlan kimi dağ kəndlərində 60-70 santimetrə çatıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq, Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Daşkəsən şəhərində və kəndlərarası yollarda, həmçinin Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq xidmət strukturları təcili səfərbər olunaraq mütəmadi təmizləmə işləri aparır, ərazilərə qum-duz qarışığı səpilir, digər təhlükəsizlik tədbirləri həyata keçirilir.

Güclü qar kütləsi rayonun Quşçu kənd sakini Vətən müharibəsi əlili Namazov Vasif Faiq oğlunun fərdi yaşayış evinin dam örtüyünü uçuraraq çökürüb. Rayon rəhbəri Əhəd Abıyev şəxsən öz vəsaiti hesabına dərhal Vətən müharibəsi əlili Namazov Vasif Faiq oğlunun fərdi yaşayış evinin dam örtüyünü yenisi ilə əvəzləyərək təmir-bərpa etdirib, problemlərini arada qaldırıb.

Güclü qarın yağmasına baxmayaraq, Dövlət İmtahan Mərkəzinin Daşkəsən rayonunun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan buraxılış imtahanlarının keçirilməsinə də hər cür şərait yaradılıb.

Hazırda rayonun inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələri işlərini hava proqnozlarını nəzərə almaqla qurur.

*******
Gədəbəy rayonuna güclü qar yağıb.

Ucqar kəndlərə təxminən 70 sm, rayon mərkəzinə isə 50 sm qar düşüb.

Qar yağışı gecə saatlarından başladığı üçün yollar qismən buz bağlayıb, avtomobillərin hərəkətində qismən məhdudiyyətlər yaranıb.

Görülən tədbirlər nəticəsində yolların qardan təmizlənməsi istiqamətində iş gedir. Analoji vəziyyət Daşkəsən rayonunda da hökm sürür. Rayonun dağ kəndlərinə 70 sm qar düşüb.

Hər iki rayonda qeyri-sabit hava şəraiti davam edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol