Sabiq icra başçısının köməkçisi SAXLANILDI

Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev tutulub.
Anews.az apa-ya istinadən xəbər verir ki, Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Vahid İsayev ötən 15 il ərzində 5 icra başçısının köməkçisi vəzifəsində çalışıb.
Bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.
www.anews.az
























