• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada 3 jurnalist ölüb, 35-i yaralanıb

Ukraynada 3 jurnalist ölüb, 35-i yaralanıb
15.03.2022 16:14
Rusiya ordusunun Ukraynanı atəşə tutması nəticəsində azı 35 jurnalist yaralanıb, 3-ü həlak olub.
 
Bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova "Telegram” kanalında məlumat yayıb.
 
"Rusiya işğalçıları Ukraynadakı hərbi cinayətlərinin obyektiv işıqlandırılmasına qarşı mübarizə aparır. Onlar jurnalistləri öldürür və güllələyirlər. Artıq azı 35 jurnalist irqçi yaraqlıların əlindən əziyyət çəkir, üçü öldürülüb", - o yazıb.
 
Məlumata görə, əcnəbi jurnalist Viktor Dudar Nikolayev yaxınlığında döyüşlər zamanı, Live operatoru Yevgeni Sakun Kiyevdə raket hücumu nəticəsində, ABŞ vətəndaşı, reportyor və sənədli film istehsalçısı Brent Renault isə Kiyev vilayətinddə, İrpendəki keçid məntəqəsində həlak olub.
 
Bundan əlavə, Rusiyanın hücumları zamanı çoxlu sayda jurnalist yaralanıb.
 
Denisovanın sözlərinə görə, isveçrəli jurnalist Guillaume Briquetin "press" işarəsi olan zirehli avtomobilİ Nikolayevə doğru hərəkət edərkən rus hərbçiləri tərəfindən atəşə tutulub. Həmçinin "Voxpot”un Çex nəşrinin iki jurnalisti Maida Slamova və Voytech Boqaça atəş açılıb. "Ekstra-Bladet"in iki danimarkalı əməkdaşı - jurnalist Stefan Weichert, fotoqraf və reportyor Emil Filtenborq Mikkelsen güllə yarası alıb. 
 
Rusiya qoşunları Britaniyanın "Sky News” televiziya qrupuna da hücum edib. Baş müxbir Stüart Remzi və onun dörd həmkarı Kiyevə qayıdarkən pusquya düşüblər.
 
Lyudmila Denisova qeyd edib ki, Ukraynanın televiziya infrastrukturu obyektləri də məqsədyönlü şəkildə atəşə tutulub:
 
"Düşmən Kiyev, Lutsk, Rivne teleqüllələrini dağıtmağa cəhd edib, müvəqqəti işğal olunmuş şəhərlərdə teleqüllələri və televiziya studiyalarını ələ keçirib. İşğalçıların hərəkətləri irqçi təbliğat və ideologiya tətbiq etmək və bütün digər informasiya resurslarını sıxışdırmaq məqsədi daşıyır".
 
O, həmçinin vurğulayıb ki, jurnalistlərin öldürülməsi və güllələnməsi Haaqa Konvensiyasının və Bəyannaməsinin, Müharibə qurbanlarının müdafiəsi haqqında Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol