• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda süpürgəçilər həbs olunub - hüquq müdafiəçisi

Naxçıvanda süpürgəçilər həbs olunub - hüquq müdafiəçisi
15.03.2022 17:41
Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 7 nəfər işçisi məhkəmə qərarı ilə inzibati qaydada həbs olunub. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov Anews.az-a danışıb.
 
"Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 7 nəfər işçisi ağır iş rejimi və əmək haqlarının kəsilməsindən şikayət etmək üçün Ali Məclisin sədri Vasif Talıbovun qəbuluna gediblər. Bu müraciət  onlara  baha başa gəlib. Belə ki, şikayətçilər 15 sutka inzibati qaydada həbs olunublar. Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin kadrlar şöbəsi bu faktı təsdiqləyib", - Rüfət Səfərov deyib. 

Rüfət Səfərov deyir ki, vətəndaşlara qarşı atılan bu addım onların həm müraciət etmək, həm də ədalətli məhkəmə araşdırması hüququnu pozub. 

"Vətəndaşların müraciətlərinə baxılması haqqqında qanun"a görə,  istənilən vətəndaşın ərizə, müraciət və şikayətlə dövlət idarəetmə orqanlarına müraciət etmə hüququ var. Eyni zamanda qurama və saxta əsaslarla onların barəsində məhkəmə hökmü çıxarılıb, bu da ədalətli məhkəmə araşdırması hüququnun pozulması deməkdir".

Özünü növbətçi Abbasov deyə təqdim edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, 7 süpürgəçinin həbsi ilə bağlı məlumatın  yalan olduğunu bildirib. 
 
"Bu məlumat yalan və əsassızdır. Süpürgəçilərin saxlanması ilə bağlı  məlumat yoxdur və heç kim həbs olunmayıb", - növbətçi Abbasov bildirib.
 
Səkinəxanım Məmmədova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol