Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılır

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə ilk yaşayış kompleksinin tikintisinə başlayır. Bu barədə İdarədən məlumat verilib.
Bildirilib ki, 6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaq və tender ilk iki blokun tikintisini üçün keçirilir. Yaşayış kompleksi şəhərin yuxarı hissində, tanınmış "Realnı” məktəbinin yaxınlığında yerləşən 8 hektarlıq sahədə tikiləcək.
Qeyd olunub ki, açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər.
www.anews.az
























