• $
  • €
  • ₽
  • ₺
  • £

Metropolitendə retro vaqonlar nümayiş olunur

Metropolitendə retro vaqonlar nümayiş olunur
19.03.2022 11:18
Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar Novruz bayramı münasibətilə "İçərişəhər” stansiyasında nümayiş etdirilir. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan "A” tipli vaqon 1934-cü ilin sonunda istehsal olunub.

"Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün isə 120 yer var. Bu vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımasa da, dizaynı, maşinist kabinəsi, işıqlanma sistemi, oturacaqları və digər elementləri ilə diqqəti çəkir”, - -- qurum sözçüsü deyib. 

Məmmədov bildirib ki, stansiyada nümayiş olunan digər eksponat 1950-ci illərin istehsalı "Q” tipli metro vaqonudur.

 "Bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Lakin Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırılmışdı və bu səbəbdən Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb. Hər iki vaqon 1960-cı illərin sonunda yolölçən vaqonun tərkib hissəsi kimi Bakı metropoliteni üçün ayrılıb və 2015-ci ilə qədər xətlərdə yolların, həmçinin digər texniki parametrlərin ölçülməsi, tunellərin yoxlanılması məqsədilə istifadə olunub. 2015-ci ildə Bakı metropoliteninin təqdim etdiyi layihə əsasında Rusiyanın TVEMA şirkəti ilə birlikdə unikal diaqnostika kompleksi qurularaq istifadəyə verildikdən sonra bu vaqonların orijinal görkəmində bərpa olunaraq saxlanılması qərara alınıb”, - deyə o məlumat verib. 

Sözçü qeyd edib ki, stansiyada nümayiş olunan "E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub.
 
"Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. O zaman Bakıya "E” tipli 47 ədəd vaqon çatdırılmışdı. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb”, mətbuat katibi söyləyib.

Bəxtiyar Məmmədov həmçinin bildirib ki, stansiyada nümayiş olunan bu vaqonların sonuncusu 2011-ci ildə istismardan çıxarılıb.

 "Lakin metro sərnişinlərinin daha yaşlı nəsilləri üçün bu vaqonlar gənclik dövrlərinin bir xatirəsi kimi də diqqəti çəkir. Sərnişinlər mart ayının 22-dək "İçərişəhər” stansiyasında bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər”, deyə sözçü vurğulayıb. 
 




 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol