• $
  • €
  • ₽
  • ₺
  • £

Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb

Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
19.03.2022 15:52
Ağsuda 5 il əvvəl qadını qətilə yetirən şəxsin atası və tanışı tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar Ağsu şəhər sakinləri - Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar.

Qeyd olunan əraziyə baxış zamanı Ayşən Qəhrəmanovanın cəsədinin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.

Xatırladaq ki, martın 18-də Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda Ayşən Qəhrəmanovanın qətlinə görə Asif Manafovun şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol