Bakıda üçmərtəbəli evdə yanğın - Ölən var

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 330 m² (hər mərtəbəsi 110 m²) olan mansarda tipli üçmərtəbəli evin zirzəmisində bir ədəd çarpayı yanıb.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır
www.anews.az
























