• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna lideri dünya böhranı barədə xəbərdarlıq edib

Ukrayna lideri dünya böhranı barədə xəbərdarlıq edib
27.03.2022 09:41
Ukraynanın müharibə şəraitində öz torpaqlarını becərməsi çətin olacaq.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə ölkə başçısı Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışında deyib.

Zelenski bildirib ki, Ukrayna dünyanın ən mühüm neft, buğda və qarğıdalı ixracatçılarından biridir: "Dünya COVID-19 pandemiyasından sonra bərpa oluna bilmədi və qida ilə bağlı risk altındadır. Rusiyalılar taxıl becərilməsinin qarşısını almaq üçün Ukrayna torpağını qazır, kənd təsərrüfatı texnikası və yanacaq çənlərini vurur. Limanlarımızı işğal etdilər. Ölkəmizdə kifayət qədər ərzaq var, amma ixracın qarşısının alınması bir çox ölkələrə ziyan vuracaq. İslam ölkələri, Latın Amerikası dövlətləri və digər ölkələr bundan əziyyət çəkəcək. Biz dünyada taxıl böhranının qarşısını almalıyıq”.

Dövlət başçısı deyib ki, Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalar onu sülhə məcbur etmək üçündür: "Avropadan Rusiya qazı və neftinin alınmasını ləğv etmək vaxt aparacaq. Qətər enerji baxımından perspektivli tərəfdaşdır. Avropanın gələcəyi sizin sanksiyalarınızdan asılıdır. Enerji resurslarınızın istehsalını artırın. Rusiya enerji məsələsindən dünyanı təhdid edəcək silah kimi istifadə etməməlidir”.(report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol