• $
  • €
  • ₽
  • ₺
  • £

Quru sərhədlərin açılmaması turizmin inkişafına necə təsir edəcək?

Quru sərhədlərin açılmaması turizmin inkişafına necə təsir edəcək?
23.03.2022 17:33
 COVİD-19 pandemiyasından sonra Azərbaycandan bir çox ölkələrə təyyarə reysləri açılsa da ölkənin quru sərhədləri hələ də bağlıdır. Belə ki, Operativ Qərargahın qərarına əsasən martın 6-dan Azərbaycanda karantin rejimi yumşaldılsa da quru sərhədlər açılmayıb. Azərbaycanın 3 ölkə ilə - İran, Gürcüstan və Rusiya ilə quru sərhədi var. İran, Gürcüstan və Rusiyaya insanlar yalnız təyyarə ilə gedə bilirlər. Bu Azərbaycanda turizmin inkişafına necə təsir edəcək?
 
Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanın quru sərhələrinin açılmamasının tərəfdarıdır.  

Hazırda gündəlik statistikaya nəzər salsaq, koronavirus xəstələrinin sayı azalsa da biz birdən-birə sərhədləri açıb risk edə bilmərik.  Ona görə düşünürəm ki, Operativ Qərargah lazımi qərarları yaxın zamanlarda verəcək.  Eyni zamanda Çində yeni virus aşkarlanıb", - deputat bildirib. 

Deputat Vüqar Bayramlı isə quru sərhədlərin açılması ilə bağlı hökumətə artıq təkliflərin göndərildiyini bildirdi. 
 
"Bu həm də real sektorun inkişafı baxımından vacibdir. Xüsusilə də ölkəyə gələn turistlərin sayını artıra bilər. Statiskaya nəzər salsaq ölkəyə gələn turistlərin 60% faiz qonşu ölkələrdən gələnlərdir. Bu məsələyə Operativ Qərargah tərəfindən baxılmalıdır", - o əlavə edib.
 
Dövlət Turizm Agentliyindən bildirilir ki, xüsusi karantin rejiminin davam etməsinə baxmayaraq, ötən ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hava yolu ilə vətəndaşlarının  Azərbaycana gəlməsinə icazə verilən  ölkələrin sayı artmaqdadır.
 
"Turizm sənayesinin 2021-ci ildən başlayan bərpa dövrü daha da sürətlənəcək. Statistika da belə düşünməyə əsas verir. Belə ki, 2022-ci ilin yanvar statistikasına baxsaq, ölkəmizə 74 mindən çox əcnəbi səyahət edib. Bu, ötən ilin yanvarı ilə müqayisədə 5% çoxdur",  - Dövlət Turizm Agentliyindən Anews.az-a daxil olan açıqlamada bildirilib. .

Agentliyin məlumatına görə, hazırda 87 ölkənin vətəndaşı  tam vaksinasiya olunması  barədə rəsmi sənəd, həmçinin  PCR testin nəticəsini  təqdim etməklə Azərbaycana gələ bilərlər.  Ümumilikdə, 2022-ci ilin sonunda  ötən illə  müqayisədə  turistlərin sayının təxminən 50%  artacağı proqnozlaşdırılır. Ölkənin quru sərhədlərinin açılması turizmin bərpası prosesinin sürətləndirəcək", - agentlik bildirib. 
 
 
Aytac Zeynalova
 
İSTİQAMƏT:6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol