• $
  • €
  • ₽
  • ₺
  • £

Gözdən əlil vətəndaşın müavinatı niyə ödənilmir? - ŞİKAYƏT

Gözdən əlil vətəndaşın müavinatı niyə ödənilmir? - ŞİKAYƏT
01.04.2022 08:47
Etibar Şəmilov ikinci qrup gözdən əlildir. O, Ağstafa rayonu Dağ Kəsəmən kənd sakinidir.  Anews.az a müsahibəsində o,  bir ildən çoxdur ki, əlillik təqaüdünü ala bilməməsindən şikayətlənir. 

"Mən gözdən ikinci qrup əliləm. Sol gözüm 0,5 metr, sağ gözüm isə 1,5 metr məsafəni görür.  20 ildən çoxdur ki, komissiyadan keçib pensiya alıram amma 1,4 ildir ki, pensiyamı kəsiblər. Sadəcə sənədi nazirliyə göndərirlər  nazirlik isə geri qaytarır ki, natamamdır, yenidən  doldurulmadır”, -  Şəmilov deyir. 

Etibar Şəmilov ailəlidir və qardaşı vəfat edəndən sonra onun da ailəsini himayəsinə alıb. Onun sözlərinə görə ailədə heç kim işləmədiyindən maddi vəziyyətləri yaxşı deyil.

"Ailəliyəm.Qardaşım vəfat etdiyi üçün onun ailəsinə də mən baxıram. Amma ailə vəziyyətimiz bərbaddır. Ailədə 7 nəfərik və heç kim işləmir. Bircə anamın pensiyası ilə biz necə dolana bilərik?”,  -  Şəmilov sual edir. 

Onun sözlərinə görə,  məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə, rayon polis idarəsinə və icra hakimiyyətinə müraciət etsə də onun problemi öz həllini tapmır.

"Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə zəng edib şikayətimi bildirsəm də operatorla sadəcə təkrarlayır ki, sizin sənəd nazirlikdən üç dəfə geri qaytarılıb. Nə üçün geri qaytarılmasına isə heç kim aydınlıq gətirmir. Həmçinin məsələ ilə bağlı rayon polis idarəsinə,prokurorluğa, icra hakimiyyətinə getmişəm. Amma bir nəticə yoxdu”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanovdan açıqlama aldıq.
 
Tural Qurbanovun sözlərinə görə,  Etibar Şəmilov əlilliyinin qiymətləndirilməsi tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında aparılıb.

"Müəyyən edilib ki, göndərişdə vətəndaşın xəstəliyinin ekspertiza üçün zəruri olan göstəriciləri, diaqnozunu təsdiqləyən instrumental müayinələr qeyd olunmayıb. Bu səbəbdən ona e-sistem üzərindən imtina qərarı verilib”, nazirlik rəsmisi bildirib. 
 
Tural Qubanov deyir ki, vətəndaşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyasının eksperti müayinə edərək qiymətləndirəcək. 
 
 
Səkinəxanım Məmmədova
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol