• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil krediti almaq üçün neçə tələbə müraciət edib?

Təhsil krediti almaq üçün neçə tələbə müraciət edib?
07.04.2022 11:29
2021/2022-ci tədris ili üzrə tələbə təhsil krediti üzrə 5678 nəfər müraciət edib, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat tədbirində deyib.

Onun sözlərinə görə, həmin müraciətlər arasından 3590 müraciət yekunlaşdırılıb.

"Yekunlaşdırılmamış 2088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir. Ümumilikdə sosial TTK üzrə 1116, standart TTK üzrə 1783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub", - deyib. 
 
Ən çox kredit 206500 manat olmaqla Azərbaycan Dövlət İqtisad Universitetinə verilib. Universitetin 229 tələbəsi kredit alıb.
 
Bakı iqtisadi rayonu üzrə 663, Naxçıvan iqtisadi rayonu üzrə 89, Abşeron-Xızı iqtisadi rayonu - 131, Mil-Muğan iqtisadi rayonu üzrə 195, Lənkəran-Astara iqtisadi rayonu üzrə 362, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 206, Mərkəzi Aran iqtisadi rayonu üzrə 177, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 144, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 180, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 165, Qarabağ iqtisadi rayonu üzrə 231, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 36, Qazax-Tovuz iqtisadi rayonu üzrə 193, Şirvan-Salyan iqtisadi rayonu üzrə 127 müraciət olub.

O deyib ki, yekunlaşdırılmış müraciətlərin 2485-i bakalavriat, 363-ü isə magistatratura üzrə olub. Tam orta təhsil bazasından orta ixtisas təhsili üzrə 33, ümumi orta təhsil bazasından orta ixtisas təhsili üzrə 18 olub.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol