• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell” Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində

“Azercell” Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində
08.04.2022 13:44
5 aprel tarixində "Azercell”in Müştəri Xidmətləri komandası azad olunmuş ərazilərimizdə şirkətin şəbəkəsindən faydalanan abunəçilərə dəstək göstərmək təşəbbüsü ilə Zəngilanın Ağalı kəndinə səfər ediblər.

Şirkətdən verilən məlumata görə, ötən ilin aprel ayında dövlət başçısı Prezident İlham Əliyevin "Ağıllı şəhər” (Smart City) və "Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncamına əsasən Zəngilan rayonunun Ağalı kəndinin ərazisində ilk "Ağıllı kənd” layihəsinin təməli qoyulmuşdur. "Azercell Telekom” da bu konsepsiyaların nəzərdə tutduğu əşyaların internetinə (IoT) əsaslanan daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən Azərbaycanın ilk mobil operatoru oldu və bu istiqamətdə fəaliyyətini davam etdirməyə hazırdır.

Həkəri çayının sahilində yerləşən Ağalı kəndində "Azercell” Müştəri Xidmətləri Zəngilanda çalışan abunəçilərlə görüşüb. Səfər zamanı hərbçilər, tibb işçiləri, müxtəlif qurum və şirkətlərin əməkdaşları da daxil olmaqla, çoxsaylı abunəçiyə xidmət göstərilərək 50-dən çox fərqli müxtəlif müştəri əməliyyatı həyata keçirilib. Qeyd etmək lazımdır ki, bir qayda olaraq "Azercell”in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsisat, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar Zəngilan abunəçiləri üçün ödənişsiz həyata keçirilib.

Ötən ilin sentyabr ayında "Azercell”in Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər edib və oradakı abunəçilərə ödənişsiz xidmətlər göstərib. Bundan əlavə, "Azercell” şirkəti Şuşada "Azercell Eksklüziv” ofisini, həmçinin, Zəngilanda rəsmi diler mağazasını açacaq.

"Azercell”in əsas vəzifəsi və məqsədi işğaldan azad ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol