• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alimlər "Qarabağ” adlı vaksin hazırlayacaq

Azərbaycanlı alimlər "Qarabağ” adlı vaksin hazırlayacaq
08.04.2022 18:41
AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov COVID-19-a qarşı iki RBD və bir kokteyl əsaslı peyvənd hazırladıqlarını qeyd edib.

 Tərlan Məmmədov bu barədə "Bitkidə sintez edilən COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi” mövzusuna həsr olunmuş onlayn seminarı zamanı deyib.

O, bu peyvəndlərin Delta və Omikron (60-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb.

"Bu vaksin üzərində işlər başa çatdıqda onu "Qarabağ” adlandırmağı düşünürük”, - deyə professor Tərlan Məmmədov əlavə edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir.
 
Ekspert Müşfiq Hüseynov bildirir ki, əgər bu xəbərin nəzəriyyədən elmi-praktik nəticəyə kimi gələcəyini qəbul etsək, bu çox uzun və ciddi maliyyə tələb edən bir prosesdir.
 
"Yəni, demək asandır, eləmək çətin. İlk öncə bu nəzəriyyənin Azərbaycan EA divarları arasında yox, daha geniş çevrələrdə açıqlanması, araşdırılması və dünyadakı avtoritet fikirlərin təqdirini alması vacibdir", - həkim farmasevt bildirdi.
 
Hüseynovun fikrincı,  bir möcüzə baş versə və bu ixtira deyək  Almaniyanın Robert Kox umiversitetinin diqqətini cəlb eləsə belə peyvəndin Azərbaycanda isyehsalı bir o qədər asan olmayacaq.
 
"Söhbət 30 illik müstəqil inkişaf dövründə elementar venadaxili sistem istehsalı olmayan ölkədən gedir. Misal kimi deyim ki, səviyyəli dərman istehsal edən ölkələrdən olan qardaş Türkiyədə ancaq bu il  peyvənd istehsal edildi. O da Çin istehsalı olan Sinovakın bazası və mütəxəssislərinin köməyi ilə.  Yəni, peyvənd istehsalı, əczaçılıq sektorunun ən ağır, bahalı və böyük elmi təcrübə tələb edən sektorudur. Bizdə maliyyə sarıdan problem olduğuna inanmıram, amma elmi baza, mütəxəssis və bu işi görə biləcək industriya yoxdur. Çox təəssüf ki, Azərbaycanda əczaçılıq və farm idustriya 19 cü əsrin əvvəlləri səviyyəsindədir. Yəni, mən bu fikri səslənmə olaraq çox gözəl, amma praktik olaraq, Azərbaycanın marsa raket göndərməsi qədər fantastik sayıram. Patentləşdirilə bilər, amma istehsalı mümkünsüz görünür.", - Hüseynov deyib. 
 
Gülnar Baxşıyeva 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol