• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da bəzi şöbələr ləğv edilib, yeniləri yaradılıb

AMEA-da bəzi şöbələr ləğv edilib, yeniləri yaradılıb
11.04.2022 10:29
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Elmi şurasının son iclasında struktur dəyişiklikləri çərçivəsində şöbə adlarının dəyişdirilməsi və yeni şöbələrin yaradılması haqqında qərar qəbul edilib. Bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, Geotektonika və regional geologiya şöbəsinin adı dəyişdirilərək Dinamiki geologiya, Geotermiya şöbəsinin adı dəyişdirilərək Yer təkində istilik-kütlədaşınma, Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin adı dəyişdirilərək Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi adlandırılması qərarı səsə qoyularaq qəbul edilib.

Tədbirdə, həmçinin yeni şöbələrin yaradılmasına da qərar verilib.

Qərara uyğun olaraq Petrologiya, Filiz-maqmatik sistemləri və Metasomatizm və metamorfizm şöbələri birləşdirilməklə onların bazasında Filiz-maqmatik sistemləri və minerageniya şöbəsi, Paleontologiya və stratiqrafiya şöbəsi ləğv edilərək onun bazasında Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsi, eləcə də ilk dəfə yeni Tətbiqi geotermiya tədqiqatları şöbəsi yaradılıb.

Elmi şurada qəbul olunmuş dəyişikliklərlə bağlı AMEA-nın Yer Elmləri Bölməsi qarşısında vəsatət qaldırılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol