• $
  • €
  • ₽
  • ₺
  • £

DYP sürücülərə xəbərdarlıq edib

DYP sürücülərə xəbərdarlıq edib
11.04.2022 11:53
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib.

"Cəmiyyətdə geniş yayılmış və insanların narazılığını doğuran pozuntuların, o cümlədən yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi qaydaları əleyhinə olan hüquqpozmaların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən ötən ilin əvvəlindən başlanılmış tədbirlər 2022-ci il ərzində də davam edir.
Qarşıda duran əsas vəzifə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrini cəlb etməklə yol hərəkəti iştirakçıları ilə nəzarət-profilaktik, ən başlıcası isə maarifləndirmə xarakterli tədbirlərin keçirilməsidir.

Cari ilin yanvarından başlayan və ilin sonunadək həyata keçirilməsi planlaşdırılan işlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklama, həmçinin təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülərin piyadalara yol verilməməsi, eləcə də piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, avtoxuliqanlıq, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması tədbirlərini əhatə edir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması və ictimai maraqların qorunmasında aktiv iştirakçılığa dəvət edir", - BDYPİ-dən bildirilib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol