Energetika naziri müşavirlərini işdən çıxardı

Energetika naziri Pərviz Şahbazov müşavirlərinin sayını azaldaraq 5-dən 3-ə endirib. Nazirin vəzifəsindən azad etdiyi müşavirlər Cavid Abdullayev, Vüsal Musayev və Xalidə Mənsimovadır.
Bunlardan Cavid Abdullayev nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru təyin olunub. İndiyə qədər bu quruma rəhbərlik edən Təbriz Əmmayev isə direktor müavini vəzifəsinə keçirilib.
Nazirin digər keçmiş müşaviri Xalidə Mənsimova isə nazirliyin aparat rəhbərinin müavini təyin edilib. İndiyə qədər bu vəzifəni icra edən Rövşən Kərimov isə nazirin yeni müşaviri olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























