• $
  • €
  • ₽
  • ₺
  • £

Kombinatdan 80 ton ət oğurladılar - VİDEO

Kombinatdan 80 ton ət oğurladılar - VİDEO
15.04.2022 19:30
Abşeron rayonunda yerləşən ət kombinatlarından birindən oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
 
Naməlum şəxslər müxtəlif vaxtlarda müəssisəyə məxsus anbarlardan 80 tondan artıq ət məhsulunu oğurlayaraq şirkətə külli miqdarda ziyan vurublar.
 
Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin oğurluqları törədən Məhəmməd Yaşarlı, həmçinin onun başçılıq etdiyi dəstənin üzvləri Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə, Orxan İbrahimov və Cəlal Babayev saxlanılıblar. Araşdırma zamanı Məhəmməd Yaşarlının bir müddət əvvəl həmin müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan uzaqlaşdırıldığı məlum olub.

Məhəmməd Yaşarlı işdən çıxarılandan sonra orada çalışan tanışları Nicat Ələsgərov, Seyran Sarıyev, Cəlal Babayev və Hacı Məmmədovun köməkliyi ilə yenidən ət kombinatından oğurluq edilməsini təşkil edib. Bu qanunsuz əməldə Məhəmməd Yaşarlıya kömək edən adı sadalanan şəxslər oğurluq ət satılandan sonra əldə edilən puldan öz paylarını alıblar. 

Məhəmməd Yaşarlı kombinatdan oğurladığı ət məhsullarını isə tanışları Sərxan Süleymanzadə və Orxan İbrahimovun köməkliyi ilə satıb.

Baş İdarə, Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə ofislərdən birindən içərisində 10 min manat, 1 ədəd müvafiq sənədləri olan "Vinçestr” markalı ov tüfəngi olan seyfi oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Əhmədov və Abbasqulu Namazov saxlanılıblar.

Saxlanılan şəxslər seyfi Mehdiabad qəsəbəsində sındıraraq pulu aralarında bölüblər. Oğurlanan ov silahı isə Ceyhun Əhmədovun yaşadığı evdən aşkar edilərək götürülüb. 
Qeyd edilən faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol