• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil işçiləri məhkəmə zalında həbs edildi

Təhsil işçiləri məhkəmə zalında həbs edildi
16.04.2022 10:46
Dələduzluq, mənimsəmə və rüşvət verməyə təhrik etmədə ittiham olunan təhsil işçilərinə hökm oxunub. 

Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin şöbə müdiri Gülnarə İsgəndərova, Tibb Universitetinin əməkdaşları Kəmalə Alıyeva və Elmira Babayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar məhkəmə zalında həbs olunublar. İsgəndərova 6 il 6 ay, Alıyeva və Babayeva isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gülnarə İsgəndərova 2017-ci ildən etibarən qulluq mövqeyindən istifadə edərək ATU-nun əməkdaşları ilə əlbir olaraq ümumilikdə 21 nəfərdən Tibb Universitetində müxtəlif vəzifələrə düzəltmək adı ilə 126 500 manat alıb. İtihama görə, vətəndaşlara qarşı dələduzluq edərək onları rüşvət verməyə təhrik edib, universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Universitetin adından saxta əmrlər hazırlayıb.

Onlarla bağlı 2021-ci ilin dekabrında cinayət işi açılmış, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi işi araşdırmağa başlamışdı.(qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol