• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdə qızın sinif yoldaşını bıçaqlamasının - Təfərrüatı

Məktəbdə qızın sinif yoldaşını bıçaqlamasının - Təfərrüatı
19.04.2022 16:16
Bu gün səhər saatlarında Gəncədə məktəbdə 9-cu sinifdə oxuyan qızın məktəbli yoldaşını bıçaqlaması hadisəsinin təfərrüatları məlum olub.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bağmanlar küçəsində yerləşən Molla Pənah Vaqif adına 8 saylı orta məktəbdə 9-cu sinif şagirdi olan qızı bıçaqlayan 15 yaşlı Səbinə (şərti adlı) hadisədən sonra məktəbdən qaçıb. Hələlik onun harada olması müəyyənləşməyib və axtarışları davam etdirilir.


Məktəbdən bildirilib ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meylli olub. O, bir müddət əvvəl bu gün bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. Səbinənin hərəkətləri barədə müəllimləri də bir neçə dəfə xəbərdarlıq edib.


Bu gün baş verən hadisəyə gəlincə, bıçaqlanma ilk dərsdən sonrakı tənəffüs fasiləsində baş verib. 9-cu sinifdə oxuyan qız özü ilə gətirdiyi kəsici alətlə sinif yoldaşının boğaz nahiyəsinə xəsarət yetirərək qaçıb. Hadisədən dərhal sonra Gəncə şəhər Təhsil İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları məktəbə gəliblər.


Bıçaqlanan qız xəstəxanaya yerləşdirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol