• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadınlara polis təhsili almaq qadağan edilib - DİSKRİMİNASİYA YA?...

Azərbaycanda qadınlara polis təhsili almaq qadağan edilib - DİSKRİMİNASİYA YA?...
19.04.2022 20:51
Azərbaycan  Polis Akademiyasına qızların qəbulu artıq iki ildir ki, dayandırılıb. Buna səbəb isə qızların qəbulunun məqsədəuyğyun hesab edilməməsidir. Bunu Daxili İşlər Nazirliyinin mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev  bildirib. 
 
"Polis akademiyası xüsusi təyinatlı təhsil müəsissəsi olduğu üçün onun fəaliyyəti Təhsil və Daxili İşlər Nazirliyinin təlimatları və göstərişləri  əsasında fəaliyyət göstərir. İki ildir ki, effektiv olmadığı üçün qadınların akademiyaya qəbulu dayandırılıb. Bərpası isə hələlik gözlənilmir", - Hacıyev bildirib.
 
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Polis akademiyasında qadın kadrların hazırlanması üçün kifayət qədər imkanlar var.
 
"Konustitusiya ilə bağlı tətbiq olunmuş qanunlar tanınmalıdır. Əvvəl Müdafiə Nazirliyində qadınların ali hərbi məktəbə qəbul olması qadağan olunmuşdu. Sonradan başa düşdülər ki, bu yanlış qərardır. Polis akademiyasında da bu iş bərpa olunmalıdır. Son vaxtlar şəhərlərdə keçirilən tədbirlərdə polis xanımlardan istifadə olunur. Qadının üst başını yoxlamaq və s. məsələlərdə bunlar göz önünə gətirilməlidir. Hesab edirəm ki, bu məsələ yenidən gündəmə gəlməlidir. Hazırda polis orqanlarında fəaliyyət göstərən qadın əməkdaşlar da var. Bu da onu göstərir ki, Daxili İşlər Nazirliyi ali təhsilli xanımı çox rahat şəkildə qəbul edə və rütbə verə bilirlər. Amma yaxşı olar ki, onlar da 5 il oxusun və daha  sonra xidmətə başlasınlar", - Cəfərov bildirib. 
 
Cəfərov bildirir ki, polis orqanlarında tanışı olanlara rütbə verir, xidmət göstərilir. Rütbəni bu formada yox, oxuyub, əziyyətlə  almalıdırlar. 
 
"Qadın olan yerdə nizam-intizam, məsuliyyət olur. Bəzi rəislər öz dünya görüşləri ilə məsələyə baxırlar. Bu daha çox dövlətin məsələdir. Gender məsələlərini də nəzərə alsaq, gələcəkdə beynəlxaq tədbirlərdə xaricdən olan qadın polislər olacaq, onların içərisində bizim kişilər oturacaq. Bu da absurd haldır. Bu qanunu qəbul edən şəxs məntiqi izahını verməlidir", - ekspert əlavə edib.
 
"Polisə Dəstək” İctimai Birliyinin sədri, polis polkovniki Şəmsəddin Əliyev bildirir ki, mentalitet baxımından bəzi valideynlər qızlarının polis akademiyasında oxumasına icazə vermirlər.
 
"Azərbaycanda son 10 ildə qızların müraciəti az olduğu üçün ola bilər ki, qəbul dayadırılıb. Qadınlar xüsusilə zorakılıqla bağlı məsələlərdə polislərə müraciət etməkdə çəkinirlər. Hazırda işləyənlərin əksəriyyəti kişidir. Bunun üçün pilot layihə kimi polis məntəqələrinin yanında ayrıca qızlardan ibarət növbətçi hissələr yaradılmalıdır. Sırf məişət zorakılığı ilə bağlı məsələləri onlara izah etsinlər.  Bunun üçün isə bizim polis akademiyasında oxuyan qızlara ehtiyacımız var",- Əliyev  bildirib.
 
Sosioloq Sənubər Heydərovanın fikrincə, məişət zorakılığına məruz qalan qadınlarla məşğul olan qadın polislərə ehtiyac var.
 
"Təkcə aksiyalarda polis qadınlardan deyil, eyni zamanda  zorakılığa məruz qalan qadınlara yardım göstərəcək qadın polislərə də ehtiyacımız var. Müxtəlif səbəblərdən bəzi yeniyetmələr kişi polislərə müraciət edə bilmirlər. Onların hamısı ilə qadın polislər işləməlidir. İnkişaf etmiş ölkələrin hər birində qadın polislər kifayət qədər çoxdur. Ola bilər ki, sayları az olduğu üçün onlara qarşı müəyyən seksual hərəkətlər, zorakılıq, ayrıseçkilik halları baş verib. Bu səbəbdən polis akademiyasında qızların qəbulu  dayandırılıb. Amma tezliklə bərpa edilməlidir", -  sosioloq deyib. 
 
Azərbaycanda xüsusilə siyasi aksiyalarda  asayişə nəzarət edən qadın polislərin sayının artdığını müşahidə edirik. Elə paytaxtın mərkəzi küçələrində patrulluq edən polis qadınlar da az deyil. 
 
Aytac Zeynalova
   
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol